İmmuniteti artırmaq üçün vasitə-jenşen

İmmuniteti artırmaq üçün vasitə-jenşen
02 2017 09:32

Bəşəriyyətə beş min il əvvəldən məlum olan jenşen elmi təbabətdə güclü adaptogen bitki kimi tanınır. Ona görə də onun tətbiq sahələri çox genişdir. Çin dilindən tərcümədə jen-adam, şen - kök deməkdir.

AZƏRTAC xəbər verir ki, jenşen bitkisi vətəni olan Çindən XVII əsrin axırlarında Avropaya gətirilib və Fransa kralı XIV Lüdoviqə hədiyyə verilib. Bundan bir neçə il sonra Şimali Amerika ərazisində yeni bir jenşen forması tapılıb və indi həmin bitkini Amerika jenşeni adlandırırlar. Jenşenin spirtdə çıxarışının gündə iki dəfə yeməkdən yarım saat əvvəl 20 damcı qəbul edilməsi stress zamanı faydalıdır. Prosedur hər gün təkrar edilməklə 1 ay aparılır.

Jenşenin qurudulmuş kökləri toz halına salınır və gündə iki-üç dəfə 0,15-0,25 qram qəbul edilir. 40-50 qram jenşen kökü qaynadılmış və soyudulmuş suda 3-4 saat saxlanılır. Qarışıq qaranlıq yerdə 0,5 litr spirtdə 17-20 gün saxlanılır. Alınan məhlul gündə bir dəfə yeməkdən yarım saat əvvəl 10 ml qəbul edilir. Müalicə kursunu 90 gün davam etdirəndən sonra 10 gün fasilə verilir və yenidən təkrar edilir.

10 qram xırdalanmış jenşen kökü litrlik butulkaya tökülərək üzərinə 100 ml 40 faizli spirt əlavə edilir, kip bağlanır və qaranlıq yerdə 20 gün saxlanılır. Alınan cövhərdən 25-30 damcı 100 ml qaynadılmış suya əlavə edilərək gündə üç dəfə yeməkdən əvvəl qəbul edilir.

Hər üç resept orqanizmdə immuniteti artırmaq məqsədi ilə qəbul edilir.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.