İmişlinin daha bir kəndinə ilk dəfə təbii qaz verilib

İmişlinin daha bir kəndinə ilk dəfə təbii qaz verilib
14 Dek 2016 14:54

İmişlinin qəsəbə və kəndlərinin qazlaşdırılması uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, indiyədək rayonun 49 yaşayış məntəqəsindən 28-i qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qaz verilmiş kənd və qəsəbələrin sırasına rayonun Qaradonlu kəndi də əlavə olunub. 250 abonenti olan kəndin qazlaşdırılması üçün 26 min 154 metr uzunluqda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev sakinləri təbrik edib.

Rayonda sosialyönümlü layihələrin uğurla yerinə yetirildiyini deyən icra hakimiyyətinin başçısı kənd və qəsəbələrin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi qiymətləndirib. Qeyd olunub ki, ilin əvvəlindən indiyədək rayonun 11 yaşayış məntəqəsi qazlaşdırılıb. Ümumilikdə, Qaradonlu kəndi də daxil olmaqla, qazlaşdırılan məntəqələrin sayı 29-a çatıb. Hazırda 7 kənddə qaz xəttinin çəkilişi davam etdirilir. Yaxın günlərdə bu kəndlərə də təbii qazın verilməsi təmin olunacaq.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl yandırılıb və evlərə təbii qazın verilməsinə baxış keçirilib.


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.