İlon Maskdan Mars, süni zəka, bəşəriyyətin gələcəyi barədə 12 sitat

İlon Maskdan Mars, süni zəka, bəşəriyyətin gələcəyi barədə 12 sitat
04 2017 14:32

Bir çoxları İlon Maskı (Elon Musk) dahi, digərləri isə fırıldaqçı adlandırır. Lakin bütün bunlara baxmayaraq, “Tesla” və “SpaceX” kimi şirkətlərin təsisçisinin imza atdığı uğurları nəzərə almamaq mümkün deyil. 

Onun avtomobil şirkəti bir neçə müddət bundan öncə məşhur “Ford” şirkətinin ümumi kapitalizasiyasını keçmiş, “Falkon” raketi isə yeni sınağı uğurla başa vurmuşdur. 

“Business Insider” öz növbəsində bu dahi insanın maraqlı sitatlarını bir araya yığmışdır.

REALPRESS.Az İlon Maskın digər planetlərin kolonizasiyası, süni zəka və ümumilikdə insanlığın gələcəyi haqqında 12 sitatını təqdim edir:

Süni zəka barəsində:

“Süni zəka nəinki bizim hər birimizə, hətta insan sivilizasiyası üçün də böyük təhlükə mənbəyidir. Məhz buna görə, süni zəka sahəsində araşdırmaların daha çox aparılması bu qədər vacibdir”.

Digər planetlərin kolonizasiyası haqqında:

“Əgər insanların multiplanetar növolma ehtimalı varsa, kosmik-raket texnikası sahəsində fundamental inkişaf lazımdır. Elə raketlər lazımdır ki, onları işə salandan sonra onlardan yenidən istifadə etmək mümkün olsun”.

Uçan avtomobillər barəsində:

“Təbii ki, biz uçan avtomobili yarada bilərik. Əsas çətin məsələ bunda deyil. Əsas çətin məsələ ondan ibarətdir ki, onu tamamilə səssiz və təhlükəsiz etməkdir”.

Nəticəyə doğru istiqamətlənmək barəsində:

“Mən prosesə inanmıram. Bundan əlavə olaraq, mənim yanıma insanlar müsahibəyə gələndə və deyəndə ki, proses onlar üçün ən əsas xüsusiyyətdir, bunu yaxşı keyfiyyət kimi qəbul etmirəm”.

İnnovasiyalar barəsində:

“İdealda bir-biri ilə rəqabət aparacaq 3-4 böyük müəssisənin olmasını istəyərdim. Bu cür vəziyyət innovasiyaya stimul verir. Əgər şirkət yerində dayanıb və texnologiyasını inkişaf etdirmirsə, onda onun rəqibləri onu asanlıqla geridə qoyacaqlar”.

Yeni kəşf barəsində:

“Əgər nəsə yeni bir şey kəşf etmək istəyirsinizsə, onda fiziki prinsiplərdən istifadə edin. Fizika, intuisiya və sağlam düşüncəni inkar edən qərarların tapılmasında yardımçı olur. Misal olaraq kvant mexanikasını gətirmək olar”.

Ölümsüzlük barədə:

“Mən həqiqətən də düşünürəm ki, uzun və xoş ömür sürmək ən yaxşısıdır. Məhz buna görə biz, insanların qocalıq dövründə rastlaşdıqları problemləri aradan qaldırmaq istəyirik. Bir tərəfdən bilmirəm. Mən dəqiq bilirəm ki, sonsuz həyat yaşamaq istəməzdim”.

Mars barədə:

“Ən əsası Marsda tamamilə avtonom və azad bir şəhər yaratmaq lazımdır. Bütün insanlığın yaşam müddəti və bizim sivilizasiyamızın varolma müddəti bundan asılıdır”.

Amerika barədə:

“Amerika tədqiqatçılar ölkəsidir. Amerika yeni kəşflərə atılmağa can atan insan obrazını canlandırır”.

Elektromobillər barədə:

“Şəhərlərdəki havanın təmiz olması üçün elektromobillərə keçmək lazımdır”.

Bərpa oluna bilinən enerji barədə:

“Təsəvvür edin ki, bizim yalnız günəş enerjimiz var və Günəş yeganə resursdur. İspaniyada kiçik bir ərazi, Avropanı elektriklə təmin etmək üçün kifayət edir”.

Kosmik səyahət barədə:

“Biz, insanlara, kosmosa yol açmağı istəyirik. Buna nail olmaq üçün kosmosu əlçatan etməliyik”.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.