İlham Əliyev: Bakıda yeni tikilən, xüsusilə sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində uşaq bağçası olacaq

İlham Əliyev: Bakıda yeni tikilən, xüsusilə sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində uşaq bağçası olacaq
11 2017 10:50

Bakıda yeni tikilən, xüsusilə sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində uşaq bağçası olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı bu il inşaat sektorunda canlanma müşahidə olunduğunu bildirib: "Bu da təbiidir. Çünki keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar artıq özünü büruzə verir. Mənə verilən məlumata görə, hazırda Bakı şəhərində 300-dən çox yeni çoxmərtəbəli bina tikilir. Bu da özlüyündə gözəl bir göstəricidir. Burada minlərlə yeni iş yeri yaradılır. Keçən il biz daha çox inşaat sektorunda iş yerlərini itirdik. Bu il bu, bərpa edilir. Həm qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması yeni bir vəziyyətə gətirib çıxarır. Keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin təməl daşı qoyuldu, inşaat işləri gedir. İndi ikinci layihənin icrası gözlənilir. “Ağ Şəhər” layihəsinin birinci mərhələsi başa çatıb. Hələ növbəti beş il ərzində onlarla bina tikiləcəkdir. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binalar sahibkarlar tərəfindən sökülür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində artıq hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikilir".

İlham Əliyev qeyd edib ki, birinci belə pilot layihə Sabunçu rayonunda icra edilib: "Yeni tikilmiş o binanın açılışında mən şəxsən iştirak etmişdim. Gördüm ki, vətəndaşlar da buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə köçürülür, onların qəzalı binalardan canı qurtarır. Eyni zamanda, mən xüsusi tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Əlbəttə ki, vətəndaşlar buna çox sevinirlər. Bu, sahibkarlar üçün də əlverişlidir. Çünki onlar üç-dörd mərtəbəli binanın yerinə hündürmərtəbəli bina tikirlər. Onlar da gəlir götürürlər, inşaat sektoru da inkişaf edir, inşaat materiallarının istehsalı artır, iş yerləri yaradılır. Yəni, bu proses artıq geniş vüsət almışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində bu yolla həyata keçirilən layihələrin sayı artıq 75-ə çatıb. Bu proses davam edir. Mən yerli icra orqanlarına, sahibkarlara bir daha müraciət edirəm ki, onlar bu işi düzgün təşkil etsinlər. Sahibkarlar təşəbbüs göstərsinlər, yerli icra orqanları isə öz növbəsində onlara şərait yaratsınlar, kömək etsinlər. Beləliklə, biz burada bir neçə məqsədi təmin edəcəyik. Qeyd etdim ki, iş yerləri açılacaq, inşaat sektoru inkişaf edəcək, insanların təhlükəsizliyi, rifahı və şəhərimizin abadlaşması təmin olunacaq".

Prezident əlavə edib ki, növbəti önəmli layihə mikrorayonlarla bağlıdır: "Artıq birinci mikrorayonla bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə icra ediləcək. Orada köhnəlmiş binaların yerində yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəkdir. Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən, xüsusilə sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olacaqdır. Bu da Bakının uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcək. Bu yolla biz gələn üç-dörd il ərzində uşaq bağçası problemini həll edəcəyik. Çünki indi buna daha böyük tələbat var, həm əhalinin, həm də uşaqların sayı artır. Eyni zamanda, iş yerləri yaradılır. İndi bir çox hallarda ailədə hər iki valideyn işlə təmin edilir. Ona görə, bizdə uşaq bağçalarına çox böyük ehtiyac olacaqdır. Uşaq bağçasının tikintisi üçün xüsusi yer də ayrılmalıdır. Amma ən yaxşı variant odur ki, yeni tikilmiş binalarda mütləq uşaq bağçası olsun. Tikintiyə icazə verənlər də, yerli icra orqanları da sahibkarlara mütləq bax, bu tövsiyəni versinlər".


27 Fev 2021
Siyasət

İlham Əliyevdən Fikrət Sadıxovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Fikrət Yaqub oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

27 Fev 2021
Siyasət

Dimitri Savelyev: “Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdırlar” – ŞƏRH

“Xocalıdakı qətliamı törədənlər beynəlxalq hüquq çərçivəsində cəzalandırılmalıdırlar”.

27 Fev 2021
Siyasət

Qubadlının Əfəndilər kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndindən video yayıb. 

27 Fev 2021
Siyasət

Tbilisidə Xocalı soyqırımının qurbanları anılıb - VİDEO

Tbilisidə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

27 Fev 2021
Siyasət

ABŞ-da Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi

ABŞ-ın nüfuzlu Corciya Dövlət Universitetinin Siyasi elmlər fakültəsinin təşkilatçılığı ilə “1992-ci ilin Xocalı qətliamı: Soyqırımının qarşısının alınmasında diplomatiyanın rolu” mövzusunda onlayn konfrans keçirilib.