İlham Əliyev: 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq

İlham Əliyev: 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq
11 2017 10:26

2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Prezident bildirib ki, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb: “Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik”.

Dövlət başçısı qeyd edib ki, gəlirlərimiz azalır, ancaq insanların maaşları artır: “Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir”.

İlham Əliyev deyib ki, Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılıb, yeni qəsəbələr salınıb: “Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.


18 Mar 2023
Siyasət

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb - FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

18 Mar 2023
Siyasət

Azərbaycanın Xalq rəssamı Rusiyada keçirilən beynəlxalq sərgi-müsabiqənin laureatı seçildi

Rusiya Federasiyası Elm və Ali Təhsil nazirliyinin dəstəyi ilə A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət Bədii-Sənaye Akademiyası tərəfindən keçirilən “Dünya rəssamların gözü ilə” adlı beynəlxalq sərgi-müsabiqənin nəticələri açıqlanıb.

18 Mar 2023
Siyasət

Bu gündən Şuşaya turist səfərləri başlayır

Bu gündən artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə turizm məqsədli səfərlər başlayır.

18 Mar 2023
Siyasət

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər - FOTO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 97 gündür davam edir.

18 Mar 2023
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb.