Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub.
Oxu.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların texniki göstəriciləri ilə tanış olub.
Dövlət başçısı yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlanıb.
Prezident, Ali Baş Komandan İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində “Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoydu.
Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış olub.
İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Mehmandarovların malikanə kompleksində olublar.
Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.