İdxal olunan avtomobil və yaxtalara görə vergilər artırılır (CƏDVƏL)

İdxal olunan avtomobil və yaxtalara görə vergilər artırılır (CƏDVƏL)
17 Dek 2016 09:37

2017-ci ildən Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə (mühərrikinin həcmi 200 kubsantimetrdən çox olan) görə aksiz dərəcələri artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.

Beləliklə, gələn ildən Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq ediləcək:

Vergitutma obyektinin adı

Aksiz dərəcəsi

Minik avtomobilləri:

 

mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,20 manat

mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 3 manat (bundan əvvəl 1,5 manat)

mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

3400 manat (bundan əvvəl 1900 manat) + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 8 manat (bundan əvvəl 4 manat)

mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

11 400 manat (bundan əvvəl 5900 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 20 manat (bundan əvvəl 8 manat)

mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

31 400 manat (bundan əvvəl 13900 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə - 40 manat (bundan əvvəl 10 manat)

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

Mühərrikin həcminin hər kubsantimetrinə görə - 6 manat (bundan əvvəl 3 manat)


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.