Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3947 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 380 cinayətin üstü açılıb.
AZƏRTAC xəbər verir ki, bunu yanvarın 19-da Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib.
İdarə rəisi qeyd edib ki, təqsirləndirilən şəxs qismində axtarışda olanların 75,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 60,8 faizi tutulub. Bununla yanaşı, 77 soyğunçuluq və quldurluq cinayəti törətmiş 137 nəfərdən ibarət 67 qrup, eləcə də mənzillərdən 303 oğurluq törətmiş 164 nəfərdən ibarət 64 cinayətkar qrup ifşa olunub. Qanunsuz dövriyyədən 269 kiloqramdan çox narkotik vasitə çıxarılıb.
Keçən il 138 odlu silah, 10 qumbara, 9125 döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 61 odlu silah əməliyyat yolu ilə götürülüb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.