Xalqımız öz şərəfli tarixinə nəzər yetirərkən Vətəninə, xalqına sadiq olan şəxsləri dərin hörmətlə xatırlayır. Belə şəxsiyyətlərdən biri 1897-ci ildə İrəvanda anadan olmuş Azərbaycanın dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevdir. Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
Bu fikirlər Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) görkəmli dövlət xadiminin yubileyinə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə İSİM-in direktoru Ceyhun Məmmədov çıxış edərək Əziz Əliyevin mənalı ömür yolundan, dövlət idarəçiliyinin təkmilləşdirilməsində, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasında xidmətlərindən danışıb.
Səhiyyə təşkilatçısı, həkim-tədqiqatçı, pedaqoq, maarifçi kimi xüsusiyyətlərə malik olan Əziz Əliyevin həyatı, ailəsi və yaradıcılığı haqqında İSİM-in təlim-resurs şöbəsinin meneceri Cəmilə Kərimova tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin həkim-metodisti Şəhla Mirzəzadə Əziz Əliyevin tibb sahəsində fəaliyyəti, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələri barədə geniş məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan görkəmli dövlət və elm xadimi Əziz Əliyev haqqında sənədli film nümayiş olunub.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.