İcbari tibbi sığorta haqqının toplanacağı vaxt açıqlandı

İcbari tibbi sığorta haqqının toplanacağı vaxt açıqlandı
06 2017 17:53

Bu il Mingəçevir və Yevlaxda icbari tibbi sığortaya cəlb olunan vətəndaşlardan sığorta haqqı alınmayacaq”.

REALPRESS.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov məlumat verib.

Bildirib ki, icbari tibbi sığorta sistemi bütün ölkə ərazisində tətbiq edilməyə başlayandan sonra sığorta haqqı ödənilməlidir. Sığorta haqqının məbləği isə hələlik açıqlanmayıb.

 V.Qurbanov deyib ki, həmin məbləğlər qanunvericilikdə edilən dəyişikliklərdən sonra dəqiqləşəcək:

“Yaxın vaxtlarda bununla bağlı qanunvericiliyə dəyişiklik olacaq. İcbari tibbi sığorta haqqının məbləği, hansı kateqoriyadan olan vətəndaşlara şamil olunacağı, sərbəst məşğul əhali qrupu üçün sığorta haqqının məbləği məlum olacaq”.

Xatırladaq ki, bir müddət öncə agentlik rəsmiləri icbari tibbi sığorta haqqının illik 100 manat civarında olacağını bildirmişdilər. Agentliyin tabeliyində olan tibb müəssisələrini isə yanvar ayından etibarən özü maliyyələşdirəcək. 

Publik hüquqi şəxs olduğundan onun tabeliyində olan müəssisələrdə və müqavilə əsasında işləyən tibb mərkəzlərində çalışan işçilərin maaşları da artırılacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.