İcbari Sığorta Bürosuna (İSB) yeni icraçı direktor təyin edilib.
Bürodan Trend-ə verilən məlumata görə, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının 15 dekabr 2016-cı il tarixdə keçirilmiş iclasında Elxan Xanməmməd oğlu Quluyevin İSB-nin icraçı direktoru vəzifəsindən getməsi ilə əlaqədar olaraq, Fariz Nazim oğlu Əzizovun Büronun yeni icraçı direktoru vəzifəsinə namizədliyi irəli sürülüb.
F.Əzizovun hazırda tutduğu vəzifədən azad olunduqdan sonra İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilməsi və onun təyin olunacağı tarixdən etibarən E.Quluyevin əmək müqaviləsinə xitam verilməsi barədə Büronun Himayəçilər Şurasının sədri tərəfindən lazımi rəsmiləşdirmələrin aparılmasının təmin edilməsi ilə bağlı qərar qəbul edilib.
F.Əzizovun İSB-nin icraçı direktoru vəzifəsinin icrasına növbəti həftədən başlayacağı gözlənilir.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.