Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2015-ci il tarixli “IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamının icrası məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının tibbi təminatı barədə” imzalanmış əmrdə Səhiyyə Nazirliyinin Təşkilat Komitəsi yaradılması tapşırılıb.
Əmrə əsasən səlahiyyətli şöbə rəhbərlərinə yarış iştirakçılarına və qonaqlara keyfiyyətli tibbi yardımın göstərilməsi üçün Bakı şəhər Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin müəyyənləşdrilməsi, zəruri tibbi avadanlıqlar, dərman və tibbi ləvazimatlarla, həmçinin laborator diaqnostikumlarla təmin olunması, müvafiq tibbi kadrların peşəkarlığının artırılması məqsədi ilə onları təlimlərə cəlb etmək, iştirakçı dövlətlərin nümayəndə heyətləri üçün ayrılacaq yaşayış və iaşə müəssisələrində sanitariya-gigiyenik qaydaların nəzarətə götürülməsi və s. tapşırıqlar verilib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leonenin vitse-prezidenti Məhəmməd Culdeh Calloh ilə görüşüb.
Milli Məclisin Gənclər və idman və Ailə, qadın və uşaq məsələləri komitələrinin Şuşada birgə iclası keçirilir.
Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar gənc və perspektivli kadrların təyinatlarında da özünü göstərir.