İT və Məlumat İdarəetmə Mərkəzi tender keçirir

İT və Məlumat İdarəetmə Mərkəzi tender keçirir
14 2017 14:33

 Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) tabeliyindəki “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC-yə "Oracle" inzibatçılığının təmin edilməsi, Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sisteminin (DƏQKİS) kadastr modulunun dəstəklənməsi, şəbəkə xidmətlərinin göstərilməsi, veb-serverlərin qurulması və inzibatçılığı sahəsində zəruri olan xidmətlərin göstərilməsinin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər 100 manat iştirak haqqı ödəməlidirlər.

Tender predmeti üzrə xidmətlər satınalma müqaviləsi imzalandığı tarixdən etibarən bu il dekabrın 30-na qədər mütəmadi göstərilməlidir. Tender təkliflərinin qiymətləndirilməsində iddiaçının maliyyə təklifi, göstəriləcək xidmətlərə dair tələblər, ixtisaslı kadrların olmasına üstünlük veriləcək.

İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri fevralın 2-si saat 17:00-dək, tender təklifi və təklifin bank təminatını isə fevralın 13-ü saat 15:00-a qədər İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A, otaq №407, tel.: (+994 12) 565 41 86, e-mail: shumbetov@emdk.gov.az - Sirac Hümbətov) təqdim etməlidirlər.

İddiaçıların təklifləri fevralın 14-ü saat 15:00-da qeyd edilən ünvanda açılacaq.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.