İT sənayesinin tendensiyaları açıqlanıb

İT sənayesinin tendensiyaları açıqlanıb
01 2017 13:37

ABŞ-ın şəbəkə avadanlığı istehsalçısı "Cisco" şirkəti İT və yüksək texnologiyalar bazarında hazırda nəzərdən keçirilən və yaxın illərdə inkişaf edəcək tendensiyalarla bağlı proqnoz tərtib edərək internet trafikinin həcminin artacağını, rəqəmləşmə templərinin sürətləndiriləcəyini, işgüzar sahədə davranışın dəyişməsinə görə İT infrastrukturuna yeni tələblərin yaranacağını, süni intellektin və "duman" hesablamalarının inkişafı üçün daha çox nöqtələrin təşəkkülünü proqnozlaşdırır.

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki,  2020-ci ilədək qlobal miqyasda internet trafikinin həcmi 2005-ci illə müqayisədə internet istifadəçilərinin (4,1 milyardadək) və şəbəkəyə qoşulan qurğuların sayının artması, genişzolaqlı internetlə məlumatların sürətinin və video ötürmə həcminin artırılması sayəsində 95 dəfə yüksələcək. Üç ildən sonra internet trafikinin 71 faizi fərdi kompüterlərin, mobil qurğuların və televizorların payına düşəcək.

"Cisco" mütəxəssislərinin fikrincə, rəqəmləşmə müvafiq şəkildə hazırlanan şəbəkələrin mövcudluğunu tələb edəcək. Şəbəkələrin rəqəmli dövrə hazırlanması üçün şirkət analitikləri təşkilatlara avtomatlaşdırma üçün kontroller əsasında həllərdən, kontekstli və operativ analitikadan, şəbəkə funksiyalarının virtuallaşdırılmasından (NFV) və "bulud"un miqyasının məhdudlaşdırılmamasını tövsiyə edirlər. 

Biznesin aparılma üsullarının dəyişməsi servis və əlavələrin tez qurulmasına, xərclərin azaldılmasına və yüksək təhlükəsizlik səviyyəsinə tələbat yaradır. Bu isə öz növbəsində İT infrastrukturu üçün İT heyətinin yükünün azaldılması, İT resursları ilə işin səmərəliliyinin artırılması, servislərin avtomatlaşdırılması və idarə edilməsi kimi tələblərin meydana gəlməsinə səbəb olur.

Şirkət nümayəndələrinin qənaətinə görə, böyük məlumat kütləsinin analizi əsasında daim təkmilləşən süni intellektin imkanlarından istifadə etməklə təhlükələrin aşkarlanması və aradan qaldırılmasını avtomatlaşdırmaq lazımdır. Məsələn, "Cisco" özünü mühafizə edən şəbəkənin yaradılması üçün potensial təhlükələri avtomatik müəyyənləşdirərək onlara reaksiya verən süni intellektdən istifadə edəcək.

Şirkətin daha bir proqnozu işgüzar sahədə davranışın dəyişməsinə aiddir. Yeni nəsil birgə iş vasitələri "bulud" texnologiyalarına, mobil rabitəyə və inteqrasiyaya açıq texnoloji proseslərə əsaslanacaq. Bundan başqa, birgə işin rolunun artması, müştərilər və həmkarlar arasında effektiv fəaliyyətin yeni metodika və üsullarının yaranacağı gözlənilir.

Bundan əlavə, "Cisco" 2017-ci ildə "bulud" texnologiyalarının şəbəkə hüdudunda üstünlüklərinə nail olmaq üçün "duman" hesablamalarından istifadənin artacağını proqnozlaşdırır. "Duman" hesablamaları gələcəkdə "ağıllı" şəhər layihələrində və "ağıllı" enerji paylanışında tətbiq ediləcək. Məsələn, nəqliyyat axınında təcili yardım maşınının yanan işığını görən videokamera onun maneəsiz getməsi üçün işıqforları avtomatik dəyişdirəcək.

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.