Bu gün Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Anba Masr” portalı İŞİD terror təşkilatının bəyanatına istinadən məlumat yayıb.
Qeyd edək ki, son məlumatlara əsasən bu gün Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə kilsədə törədilən partlayışda isə 11 nəfər ölüb.
15:49
Bu gün Misirin İsgəndəriyyə şəhərində kilsədə törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.
REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin “ON-TV” telekanalı məlumat yayıb.
Partlayış kilsənin qapısı qarşısında törədilib. Partlayış anında patriarx İkinci Teodor da kilsədə olub, ancaq xəsarət almayıb.
İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Partlayış zamanı bir polis zabitinin şəhid olduğu bildirilir. O terrorçu-kamikadzenin kilsəyə daxil olmasının qarşısını alan zamanı həlak olub.
Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib.
İsrail fevralın 15-də 369 fələstinli məhbusu azad edəcək.
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Xarnay dairəsində avtomobilin yaxınlığında bomba partlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.