İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında ölkə Prezidentinin sərəncamını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə İƏT Gənclər Forumunun xüsusi bəyanatında deyilir.
Sənəddə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT), İSESKO-ya, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlara üzv seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmasına, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etməsinə yüksək dəyər verilib, eləcə də IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın Azərbaycanın İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradacağı bildirilib.
Bəyanat vasitəsilə İƏT Gənclər Forumu ailəsi Azərbaycan Prezidenti İlham Əliyevə İƏT-ə bağlı beynəlxalq qurum olan Gənclər Forumunun təşkilatlanmasında və inkişafında göstərdiyi davamlı dəstəyinə görə öz təşəkkürünü bildirib. Təşkilatın 2004-cü ildə yaradılmasından bu günədək Forumun ilk Baş Assambleyası daxil olmaqla, bir çox beynəlxalq tədbirlərinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan Hökumətinin ev sahibliyi etməsi, İƏT Gənclər və İdman Nazirləri Şurasının 4-cü sessiyasına Azərbaycanın ev sahibliyi etmək haqqında qərarın İƏT Gənclər Forumunun həmtəşkilatçı olduğu İƏT Gənclər və İdman Nazirləri Şurasının 3-cü sessiyasında qəbul edilməsi bu dəstəyı bir daha təsdiq edir.
Eyni zamanda, İƏT Gənclər Forumu Azərbaycan Hökumətinin gənclərin müxtəlif sahələr üzrə lider kimi yetişməsinə şərait yaradan Gənclər Siyasətini yüksək qiymətləndirir.
Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.