Aprelin 22-də saat 12.00-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Açıq qapı günü” keçiriləcək.
Universitet bu tədbiri abituriyentləri və onların valideynlərini filialda tədris prosesi, habelə qəbul imtahanlarının keçirilməsi qaydaları ilə tanış etmək, filialın fəaliyyəti barədə dolğun informasiya vermək məqsədi ilə təşkil edir. Siz filialın rektoru, professor Ə.C.Əliyevə suallarınızla müraciət edə bilərsiniz.
Tədbirdə iştirak etmək istəyənlər http://mma.edu.az/?smode=register linki üzrə onlayn-qeydiyyatdan keçməlidirlər.
“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.
“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.
Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.