İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kollektivi 20 Yanvar faciəsi qurbanların xatirəsini yad edib

İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kollektivi 20 Yanvar faciəsi qurbanların xatirəsini yad edib
18 2017 11:53

Azərbaycanda baş verən Qanlı Yanvar faciəsindən 27 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlıqı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur.

AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, yanvarın 18-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə universitetinin tələbə və müəllimləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətənin qəhrəman oğul və qızlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər.

Ali təhsil müəssisəsinin akt zalında acıq dərs şəklində davam etdirilən tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Moskvadan gələn İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin nümayəndələri də iştirak edib.

Mərasimdə çıxış edən tələbələr ölümləri ilə qorxu hissini öldürən 20 Yanvar şəhidlərin xatirəsi heç zaman unudulmayacağını, doğma Azərbaycanımızda və eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən soydaşlarımızın qəlbində əbədi yaşayacaqlarını söyləyiblər.

Qeyd olunub ki, imperiya bu qəddarlığı ilə Azərbaycanın haqq səsini boğa bilmədi və şəhidlərimizin azadlıq, müstəqillik arzusu reallaşdı. Ulu öndər Heydər Əliyevin zəngin idarəçilik qabiliyyəti, siyasi uzaqgörənliyi sayəsində müstəqilliyimiz daimi oldu. Şəhidlərimizin qanı bahasına və xalqımızın iradəsi, Ulu Öndərimizin istər xarici, istər daxili siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın inkişaf etmiş ölkələri arasında öz layiqli yerini tutur.


15 May 2025
Cəmiyyət

İşğaldan azad olunan ərazilərə köçürülən 4 300 şəxs məşğulluqla təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.

15 May 2025
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

15 May 2025
Cəmiyyət

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.

15 May 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

15 May 2025
Cəmiyyət

Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi 50 % tamamlanıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 %-i icra olunub.