Hökümət kəskin devalvasiyaya gedə bilərmi? – Proqnoz

Hökümət kəskin devalvasiyaya gedə bilərmi? – Proqnoz
07 2017 17:14

“Dollar Azərbaycanda indiyə kimi bu cür baha olmayıb”.

Bunu iqtisadçı ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, iki dəfə olan devalvasiya zamanı belə dolların qiyməti bu qədər qalxmayıb: “Hazırda rəsmi məzənnə 1.77-dən bir qədər çoxdur. Yəqin ki sabah Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə 1.78-ə yaxın olacaq. Rəqəmlər göstərir ki, bu vaxta qədər dollar bu həddə olmayıb”.

S. Əliyev əlavə edib ki, Azərbaycanın milli valyutası hələ öz bazar dəyərini almayıb: “Dünyada neftin qiyməti bahalaşdıqca, milli valyutalar da bahalaşır. Bu, bir çox ölkələrdə belədir. Azərbaycanda isə bu baş vermir. Bunun da səbəbi hələ ki, Azərbaycanda manatın öz bazar dəyərini almamasıdır. Manatın məzənnəsi süni sürətdə saxlanılır. Ona görə də proses manatın ucuzlaşması istiqamətində davam edir. Hesab edirəm ki, ucuzlaşma davam edəcək. Sadəcə olaraq müzakirə mövzusu bu ucuzlaşmanın kəskin, yoxsa yumşaq olmasıdır. Mərkəzi Bankın davranışı onu göstərir ki, proses yumşaq ucuzlaşma istiqamətində gedəcək”.

İqtisadçı hesab edir ki, neftin qiyməti 60 dolları keçsə, bu hökumətə gəlirlərin artması hesabına manatı kəskin ucuzlaşmadan qorumağa imkan verəcək: “Azərbaycanın bu günkü iqtisadi vəziyyəti manatın məzənnəsini saxlamağa imkan vermir. Manatı sabit saxlasalar, sonda məcbur olub kəskin devalvasiyaya gedəcəklər. Ona görə də mütləq şəkildə yumşaq devalvasiya olmalıdır”.

İqtisadçı onu da qeyd edib ki, bundan sonrakı hər bir hərrac yeni bir rekord göstərici olacaq.

Xatırladaq ki, Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.