Hindistanın şimal-şərqində baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub.
Trend-in "TASS" istinadən veridiyi məlumata görə, bunu Tripura ştatının təbii fəlakətlərin nəticələri ilə mübarizə mərkəzinin rəsmi nümayəndəsi bildirib.
X X X
18:54
Hindistanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, zəlzələ yüzlərlə tikilinin dağıntıya məruz qalmasına və regionda çoxsaylı sürüşmələrə səbəb olub.
Fəlakətin episentri Tripura ştatının Dxalay əyalətində olub. Zəlzələnin ocağı 28 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.