Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq” mövzusunda konfrans keçirilib.
Konfransda əvvəlcə Ulu Öndərin keçdiyi zəngin həyat yolunu əks etdirən film nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Heydər Əliyev tərəfindən yaradıldığını söyləyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin qorunmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, deputat Elman Nəsirov Vətənini hədsiz dərəcədə sevən bu dahi şəxsiyyətin ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib.
Milli Məclisin deputatı Mixail Zabelin müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu bildirib.
Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov Ulu Öndərin dövlətçilik səriştəsi və bacarığı ilə bütün sədləri yararaq, qarşıya çıxan bütün çətinlikləri dəf edərək Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardığını, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğulayıb.
Bütün çıxış edənlər ümummilli lider Heydər Əliyevin siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıblar.
"Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
"Bizim Qələbəmiz, əlbəttə ki, xalqımız üçün, dövlətimiz üçün ən böyük nemətdir, hesab edirəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq hərbi Qələbədir".