Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın inkişaf yolu müəyyənləşdirilib, firavan gələcək üçün zəmin yaradılıb

Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın inkişaf yolu müəyyənləşdirilib, firavan gələcək üçün zəmin yaradılıb
10 Dek 2016 11:20

Şəmkir Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və mərkəzin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndərin mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən danışıb. Bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın inkişaf yolu müəyyənləşdirilib, firavan gələcək üçün zəmin yaradılıb. Dahi rəhbərin siyasi xətti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlınski, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin müavini Qətibə Məmmədova və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Bildirilib ki, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bu gün regionun lider dövlətinə, iqtisadi və humanitar-siyasi mərkəzlərdən birinə çevrilib. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.