Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə poeziya gecəsi keçirilib
24 Dek 2016 09:10

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc şairə Leyla Əliyeva iştirak edib.

Gecədəki poeziyasevərlər, gənc şairlər müxtəlif mövzularda sevilən şeirləri səsləndiriblər.

Tədbirdə, həmçinin Rusiya, Fransa və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri şeirlər, o cümlədən Bakı haqqında şeir söyləyiblər. Eyni zamanda, Leyla Əliyeva öz şeirlərini tamaşaçılar üçün təqdim edib.

Tədbir ədəbiyyata, poeziyaya marağın və diqqətin artırılması ilə yanaşı, ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsi və bununla, həm də multikultural ənənələrin yaşadılması baxımından əhəmiyyətlidir.

İştirakçılar Leyli Ələkbərovanın Milli İncəsənət Muzeyində təqdim edilən “Qadın portretləri” fotolayihəsi ilə də tanış olublar.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.