Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şahdağ Milli Parkında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şahdağ Milli Parkında olub
08 2017 13:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub.

Trend-in məlumatına görə, Leyla Əliyeva burada zubrların təbiətə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində inşa ediləcək kompleksin ərazisinə baxış keçirib. Layihə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılmasını nəzərdə tutur. Bu məqsədlə milli parkın yaxınlığındakı 30 hektar ərazidə yüngül konstruksiyalı tikinti işlərinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, zəngin təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb, bu növün populyasiyasının artırılması və qorunması məqsədi ilə reintroduksiyası layihəsinin keçirilməsinə qərar verilib.

Təsis olunduğu müddətdən IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə biomüxtəlifliyin qorunması və bərpası üzrə bir sıra layihələr həyata keçirilir. Daha əvvəl start verilmiş bu cür uğurlu layihələr arasında "Ceyranların tarixi areallarına reintroduksiyası" və Qafqaz bəbirinin mühafizəsi üzrə layihələri xüsusilə qeyd etmək olar.


12 Fev 2025
Cəmiyyət

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi yola salınıb.

12 Fev 2025
Cəmiyyət

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

12 Fev 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

12 Fev 2025
Cəmiyyət

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

12 Fev 2025
Cəmiyyət

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 14-də Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.