Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyası və Milli Onkologiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rəssamlıq Akademiyası və Milli Onkologiya Mərkəzində olub
23 Dek 2016 08:38

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub. Tələbələrlə keçirilən görüşdə akademiyanın fəaliyyəti, buradakı təhsil şəraiti barədə məlumat verilib. 2000-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə yaradılan Dövlət Rəssamlıq Akademiyasında hazırda 7 ixtisas və 20 ixtisaslaşma üzrə rəssam kadrlar hazırlanır.

Akademiyanın rektoru, Xalq Rəssamı Ömər Eldarov bildirib ki, təsviri sənət, memarlıq və dizayn, dekorativ-tətbiqi sənət və sənətşünaslıq fakültələrində tələbələr bakalavr və magistratura pillələrində təhsil alırlar. Həm bakalavr, həm də magistrların yüksək ixtisaslara yiyələnməsi üçün akademiyada emalatxanalar yaradılıb. Leyla Əliyeva emalatxanalarda tələbələrin əl işləri ilə tanış olub, onlara yaradıcılıq prosesində tövsiyələrini verib.

Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup tələbəsi ilə birlikdə Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olub. Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb. Leyla Əliyeva və Rəssamlıq Akademiyasının tələbələri, həmçinin uşaqlarla birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər.

Qeyd edək ki, təşkil edilən bu görüş klinikada müalicə olunan və öz istedadları ilə seçilən uşaqlar üçün yaradıcılıq imkanlarının genişləndirilməsi baxımından həm də gözəl bir fürsət olub.

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasındakı uşaqların müalicəsinin Fondun nəzarətində olduğunu, uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verildiyini bildirib.






8 İyun 2023
Siyasət

“ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin sayı ARTIRILDI

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli Fərmanında dəyişiklik edilib.

8 İyun 2023
Siyasət

Soçidə MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - VİDEO

Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb.

8 İyun 2023
Siyasət

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.