Hesablama Palatası cəmiyyətə yenə gizli mesaj verdi

Hesablama Palatası cəmiyyətə yenə gizli mesaj verdi
06 Dek 2016 09:19

Hesablama Palatasının növbəti kollegiya iclasında  həyata keçirilmiş üç nəzarət tədbiri üzrə hesabatlar müzakirə olunub. 
Bizimyol.info xəbər verir ki, bunlardan yalnız iki  tədbir barədə məlumat var. Biri Dünya Bankının kreditini cəlb edilməklə həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” Layihəsi üzrə vəsaitlərin istifadəsinə dair olub. Digəri isə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən maliyyələşən suvarma sistemləri idarələrinin fəaliyyətinin, suvarma suyunun Sudan İstifadəedənlər Birliklərinə (SİB-lərə) və su istehlakçılarına satışının vəziyyətinin təhlilinin nəticələrinə dair nəzarət tədbirləri üzrə hesabatların müzakirəsidir.  
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.İclasda həmçinin cari məsələlər də müzakirə edilib, müvafiq tövsiyələr verilib.
Palata rəhbərliyi yenə cəmiyyətə şifrəli mesaj göndərib, apardığı audtlərdə ciddi nöqsanlar aşkarladığını MM və aidiyyati dövlət qurumlarına təqdimatdan bəlli edib. 

23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.