Hərbçilərin pul təminatının müəyyənləşdirilməsi qaydası təsdiqlənib

Hərbçilərin pul təminatının müəyyənləşdirilməsi qaydası təsdiqlənib
12 2017 09:45

Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və üstəlik verilən pul təminatı növləri nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyənləşəcək.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabineti 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar belə bir qərar qəbul edib.

Qeyd edək ki, üstəlik verilən pul təminatı növlərinə zabit vəzifəli heyətə, praporşiklərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi, praporşiklərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmət etmə pulu, ev kirayə etmə pulu daxildir.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli qərarında qeyd edilmişdi ki, Müdafiə Nazirliyinə tapşırılsın ki, Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin.


14 Fev 2025
Cəmiyyət

Azərbaycanın güllə atıcısı: "Avropa çempionatında medal qazanmaq üçün sona qədər mübarizə apardıq"

Komanda şəklində əsas məqsədimiz Estoniyada keçirilən Avropa çempionatında medal qazanmaq idi və bunun üçün sona qədər mübarizə apardıq.

14 Fev 2025
Cəmiyyət

Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova fevralın 14-də Yevlax və Mingəçevir şəhər sakinlərini qəbul edib.

14 Fev 2025
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb - 15.02.2025

Azərbaycan ərazisində fevralın 15-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

14 Fev 2025
Cəmiyyət

Pirşağıda həyətdən sursat tapılıb

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində həyətdən sursat tapılıb.

14 Fev 2025
Cəmiyyət

Bu yolun bir hissəsi yenidən quruldu - FOTO - VİDEO

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.