Həqiqi hərbi xidmətə çağırış başladı

Həqiqi hərbi xidmətə çağırış başladı
03 2017 10:49

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2017-ci il aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.

Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il martın 10-da Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.