Yanvarın 25-26-da Finlandiyanın paytaxtı Helsinkidə Avropa Statistikləri Konfransının Bürosu tərəfindən yaradılmış Keyfiyyətli məşğulluğun ölçülməsi üzrə İdarəetmə qrupunun iclası keçirilib. İclasda İdarəetmə qrupunun üzvü, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə də iştirak edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə İdarəetmə qrupuna üzv olan ölkələrin (Azərbaycan, ABŞ, Kanada, Almaniya, Finlandiya, İsveçrə, İtaliya və İsrail) milli statistika orqanlarının və 6 beynəlxalq təşkilatın (BMT-nin Avropa İqtisadi Komissiyası, Avrostat, BƏT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Yaşayış və İş şəraitinin yaxşılaşdırılması üzrə Avropa Fondu (Avrofond) və Qloballaşan İqtisadiyyatın Qeyri-formal sektorunda Qadınlar) mütəxəssisləri iştirak ediblər.
Keyfiyyətli məşğulluq üzrə göstəricilərin milli səviyyədə əldə olunma imkanlarını öyrənmək məqsədilə təşkil edilən tədbirdə ölkələrin milli statistika orqanları ilə məsləhətləşmə aparmaq üçün tərtib olunmuş sorğu anketi layihəsinin razılaşdırılması, Əmək statistiklərinin XIX Beynəlxalq konfransının yeni standartları çərçivəsində keyfiyyətli məşğulluğa dair müvafiq göstəricilərin metodologiyasına yenidən baxılması, bu sahə üzrə göstəricilər sisteminin Avropa Statistika Bürosunun məlumat bazasına inteqrasiya olunma imkanları, göstəricilərin beynəlxalq müqayisəliliyi və sair kimi məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.
“Bu gün Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirildi”.
Payızlıq əkinlərə görə subsidiya almış fermerlərin sayı 245 min 927 nəfərə çatıb.