Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) distant təhsil sahəsində işlər davam edir. Belə ki, 2016-cı ildə institutun 23 kafedrasında 127 distant tədris materialı hazırlanıb. İnstitutda yaradılmış xüsusi portalda 296 istifadəçi qeydiyyata alınıb, 41 həkim test tapşırıqlarını yerinə yetirib.
Bu rəqəmlər institutun elmi şurasının bu günlərdə keçirilmiş iclasında elan edilib.
ADHTİ-dən AZƏRTAC-a verilən məlumata görə, keçən il institutun nəzdində fəaliyyət göstərən plastik-rekonstruktiv cərrahiyyə klinikasına 1360 xəstə daxil olub. İl ərzində burada 864 əməliyyat, o cümlədən 502 plastik cərrahiyyə əməliyyatı, yanıq şöbəsində 362 əməliyyat, o cümlədən uşaqlar üzərində 160 əməliyyat aparılıb.
Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.
Avqustun 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.