Həkim-stomatoloq: Uşaqlarda ən çox yayılmış xəstəlik diş-çənə anomaliyalarıdır

Həkim-stomatoloq: Uşaqlarda ən çox yayılmış xəstəlik diş-çənə anomaliyalarıdır
09 2017 14:46

Son illər dünyada tibbi texnikanın inkişaf etməsinə baxmayaraq, diş xəstəliklərinin qarşısını almaq mümkün deyil. Elə ölkəmizdə də diş xəstəliklərin çoxaldığı müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, mövcud stomatoloji problemlər və onların həlli istiqamətində görülən işlər barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinə ATU-nun ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, həkim-stomatoloq Nazim Pənahov məlumat verib.

Həkim bildirib: “Diş ağrıları qaçılmazdır. Xəstələr müxtəlif ağrı və problemlərlə bizə müraciətlər edirlər. Ortopedik stomatologiyası şöbəsində biz əsasən, çəkilmiş, dağılmış dişlərin bərpası ilə məşğul oluruq. Təyin olunan müalicələr patologiyadan asılı olaraq bir gündən 6 aya qədər davam edə bilər.

Uşaqlarda ən çox yayılmış xəstəlik diş-çənə anomaliyalarıdır. Təxminən 100 uşaqdan 70-də, üç uşaqdan ikisində buna rast gəlinir. Bu, bütün dünyada yayılmış prosesdir. Səbəb olaraq isə ekologiya, qida xarakterinin dəyişilməsi, yumşaq qidalara üstünlük verilməsi, hamiləliyin problemli keçməsi və bir sıra başqa amilləri sadalamaq olar. Süd dişlərinin vaxtından öncə çəkilməsi də buna səbəb olur. Belə ki, vaxtında müraciət etdikdə əgər bu dişlər 100 faiz bərpa olunursa, gec müdaxilə edildikdə bərpa faizi aşağı düşür.

Bəzi insanlar doğulanda dişlərinin rəngi sarı olur. Lakin müəyyən xəstəliklər, içməli suda flüorun miqdarının çox olması, siqaret çəkmək kimi səbəblərdən dişin rəngi dəyişə bilir. Qeyd edim ki, rəng probleminin həlli bu gün stomatoloqlar üçün çox asan bir prosesdir.

Çıxarılmış dişin yeri tam sağalmayıb, nəticədə sağalma prosesi getdikcə qaşınma olur və bu həmin yerdə alveolit prosesinin göstəricisidir. Çətin patologiya cavan yaşlardan dişlərin itirilməsi–deformasiya olmasıdır. Bunun bərpası artıq çətin proses hesab olunur. Belə halda müalicədə yalnız ortoped deyil, terapevt də iştirak edir. Belə müalicələr bir ilə kimi davam edə bilir.

Sağlam dişlərə sahib olmaq üçün ilk olaraq gigiyenaya diqqət etmək lazımdır. Gündə bir neçə dəfə dişin fırçalanması ilə yanaşı ildə iki dəfə həkim müayinəsindən keçmək vacibdir”.

Rəhbərlik etdiyi kafedra barədə məlumat verən N.Pənahov bu bazanın ATU-nun Stomatoloji klinikasında yerləşdiyini, 57 nəfərdən ibarət işçi kollektivin olduğunu bildirib.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.