Havalar yenə soyuyur - Bakıda yağış, bölgələrdə qar yağacaq

Havalar yenə soyuyur - Bakıda yağış, bölgələrdə qar yağacaq
08 2017 14:22

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi ərazilərində sulu qara keçəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 3-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 3-5° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 %, təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz
Fevralın 9-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir


8 İyun 2023
Cəmiyyət

Fərid Qayıbov EOC prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.

8 İyun 2023
Cəmiyyət

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

8 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

8 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

8 İyun 2023
Cəmiyyət

Sultan Hacıyev etimadnaməsini Keniya Prezidentinə təqdim edib - FOTO

Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Uilyam Rutoya təqdim edib.