Aparılacaq profilaktik təmir işləri ilə əlaqədar olaraq dekabrın 9-dan Zığ-Hava limanı avtomobil yolunun (beton yol kimi tanınan) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində 3 hərəkət zolağından 2 zolaq hərəkət üçün qısa müddətlik bağlanacaq.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən profilaktik təmir işləri yolun 15-ci km-də aparılacaq.
Nəqliyyat vasitələrinin maneəsiz hərəkəti 1 hərəkət zolağı ilə təmin olunacaq.
Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Tokioda keçirilən görüşdə “Microsoft”un qurucusu Bill Geytsə birinci dərəcəli “Doğan Günəş” ordenini təqdim edib. O, inkişaf etməkdə olan ölkələrin səhiyyə sistemlərinin gücləndirilməsinə kömək etdiyinə görə bu mükafata layiq görülüb.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışları başa çatıb.