Hava şəraiti ilə əlaqədar kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq

Hava şəraiti ilə əlaqədar kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq
01 2017 17:35

Kimsəsiz şəxslərin hospitalizasiyasının daha da yaxşılaşdırmaq məqsədilə səhiyyə naziri tərəfindən müvafiq göstəriş verilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, keçən il kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədilə müvafiq qərarlar qəbul edilib. Hazırda müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün əlavə müayinələrə ehtiyac olduqda xəstə Bakıda yerləşən kliniki xəstəxanalardan birinə aparılaraq, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.

Hospitalizasiya ehtiyacı olmayan şəxslər, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 19, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakının digər Birləşmiş Şəhər Xəstəxanalarından birinə köçürülür.

Bu günlər havaların qeyri-stabil keçməsi ilə əlaqədar, Səhiyyə Nazirliyi tərəfindən tibbi müəssisələrə bu sahədə görülən işlərin daha da gücləndirilməsi göstərişi verilib. Soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.


18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.