Hava meteohəssas insanlar üçün əlverişli olacaq - 4 GÜN

Hava meteohəssas insanlar üçün əlverişli olacaq - 4 GÜN
19 Dek 2016 15:53

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 0-2° şaxta, gündüz 3-6° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütünundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dekabrın 20-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.