Haitidə vəbaya qalib gəlmək üçün donorlar “konsorsiumu” yaradılmalıdır

Haitidə vəbaya qalib gəlmək üçün donorlar “konsorsiumu” yaradılmalıdır
20 2017 08:53

BMT-nin nümayəndəsi Haitinin yeni Prezidenti Jovenel Moizin adada vəbanın kökünü kəsməsinə kömək etmək üçün Davos İqtisadi Forumunda dünya liderlərinə müraciət etmək, onları donorlar konsorsiumu yaratmağa və Haitidə birgə səylərlə sanitariya-texniki infrastrukturu möhkəmləndirməyə çağırmaq niyyətindədir.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, BMT Baş katibinin xüsusi elçisi Devid Nabarro Dünya İqtisadi Forumunun keçirildiyi Davos şəhərinə belə bir missiya ilə gəlib. O, BMT-nin Haitinin bərpasına dair uzunmüddətli strategiyasının həyata keçirilməsi işində donor ölkələrin, inkişaf və biznes banklarının dəstəyini almağa ümid bəsləyir.

Haitidə vəba epidemiyası 2010-cu ilin oktyabrında başlayıb və bütün ölkəni əhatə edib. O vaxtdan təqribən 788 min adam vəbaya yoluxub. Ən azı 9 min adam dünyasını dəyişib. Beynəlxalq birliyin və haitililərin özlərinin səyləri sayəsində xəstəlik hallarını 2011-ci ilin pik göstəriciləri ilə müqayisədə 90 faiz azaltmaq mümkün olub. Ancaq virus hələ də yayılmağa davam edir. Onun qarşısını almaq üçün əlavə resursları səfərbərliyə almaq lazımdır.

BMT Baş Assambleyası Haitidə vəbaya qarşı yeni mübarizə strategiyasını 2016-cı ilin dekabrında dəstəkləyib və dövlətləri bu strategiyanın həyata keçirilməsi üçün zəruri ehtiyatlar ayırmağa çağırıb.

Həmin strategiyaya görə, iki istiqamətdə iş aparılmalıdır: əvvələn, vəbanın müalicəsi və yoluxma hallarının sayının azaldılması üzrə səylər artırılmalı, ikincisi, 2010-cu il epidemiyası zamanı vəbaya yoluxanlara maddi yardım göstərilməlidir. Strategiyanı hər iki istiqamətdə həyata keçirmək üçün yaxın iki ildə təqribən 400 milyon ABŞ dolları tələb olunacaq.

Devid Nabarro bildirib ki, Fransa və Koreya Respublikası vəbaya qarşı mübarizə aparmaq üçün BMT Fonduna müvafiq olaraq 636 min və 1 milyon dollar köçürməyi vəd ediblər. Kanada bildirib ki, bu məqsədlərə 4,6 milyon ABŞ dolları ayırmağa hazırdır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.