Hackerlər üçün olmuş tədbirdə, heç bir komanda, Google Chrome-u hack edə bilmədi

Hackerlər üçün olmuş tədbirdə, heç bir komanda, Google Chrome-u hack edə bilmədi
22 2017 20:41

Hər il Vankuverdə (Kanada) keçirilən CanSecWest adlı təhlükəsizlik üzrə tədbir çərçivəsində ənənəvi olaraq Pwn2Own adlı hacker yarışması keçirilib.

Sözügedən tədbirin təşkilatçısı və sponsoru, kibertəhlükəsizlik üzrə proqram təminatı hazırlayan "Trend Micro” yapon şirkətinin təsis etdiyiZero Day Initiativ təşkilatıdır. Bu ilki Pwn2Own yarışmasının ümumi pul mükafatı, 1 milyon dollar olub. Yarışmanın ilk günündə hackerlər uğurla Microsoft Edge və Safari brauzerlərini, Adobe Readertətbiqini və Linux əməliyyat sistemini sındırıblar. Chaitin Security Lab. təhlükəsizlik laboratoriyası,Ubuntu 16.10-u sındırdığına görə 15.000$ qazanıb. Sözügedən sistemin hack olunması, birbaşa tədbirin səhnəsində göstərilmişdi. Bundan əlavə olaraq sözügedən təhlükəsizlik laboratoriyası, həmçinin macOS-i hack edərək əlavə 35.000$ qazanıb. Digər iki komanda isə, Adobe Reader tətbiqini hack etməyi bacarıb. Qeyd etmək lazımdır ki, Microsoft Edge, 5 sistem boşluğu sayəsində, Safari isə 3.5 sistem boşluğu sayəsində hack olunub. Maraqlısı ondadır ki, bu tədbirdə heç bir komanda, Google Chrome brauzerini hack edə bilməyib.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.