Hacı Məmmədovun müalicə müddəti başa çatdı - dispanser nəzarətə götürüldü

Hacı Məmmədovun müalicə müddəti başa çatdı - dispanser nəzarətə götürüldü
17 Dek 2016 09:57

Adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədovun Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində müalicə müddəti başa çatıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

Rəis müavini bildirib ki, H.Məmmədov özünü normal hiss edir: "Müalicə müddəti başa çatıb. Hazırda H.Məmmədov dispanser nəzarətə götürülüb. Hələlik müalicə müəssisəsində saxlanılır".

H.Məmmədov bu il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra H.Məmmədov barəsində olan cinayət işinin yenilənməsi və işdə yeni hal olması ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmə müraciəti plenuma çıxarmayaraq işi baxılmamış saxlayıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.


5 Dek 2025
Cəmiyyət

Son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda 50-dən artıq inşaat materialları yatağı istifadəyə verilib

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2020-2025-ci illər ərzində aparılmış geoloji-kəşfiyyat işlərinin nəticəsində lokal sahələri əhatə etməklə 50-dən artıq inşaat materialları yataqları aşkarlanıb və istifadəyə verilib.

5 Dek 2025
Cəmiyyət

Azərbaycan-Gürcüstan Media Forumu başa çatdı

Bakıda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib.

5 Dek 2025
Cəmiyyət

Sabah hava necə olacaq? - 06.12.2025

Ölkə ərazisində dekabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

5 Dek 2025
Cəmiyyət

Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

5 Dek 2025
Cəmiyyət

Azərbaycanda polad boru istehsalı 2,1 dəfə artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 180,7 min ton polad boru istehsal edilib.