Gürcüstan səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Gürcüstan səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
27 Dek 2016 10:07

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Acarıstan Muxtar Respublikasının yeni təyin olunmuş səhiyyə və əhalinin sosial müdafiəsi naziri Zaal Mikeladze ilə görüşüb.

Rəşad İsmayılov naziri təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Gürcüstan, eləcə də Naxçıvan və Acarıstan muxtar respublikaları arasında səhiyyə sahəsində birgə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

R.İsmayılov 2012-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Naxçıvan və Gürcüstanın Batumi şəhərləri arasında qardaşlıq və əməkdaşlığa dair Memorandum” çərcivəsində hər iki tərəf arasında səhiyyə sahəsində olan proqramın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Diplomat ölkəmizdə fəaliyyət göstərən müalicə mərkəzləri barədə nazirə ətraflı məlumat verib. O, gələcəkdə Azərbaycan və Acarıstanın müalicə mərkəzləri arasında əlaqələrin yaradılmasının zəruriliyini vurğulayıb.

Zaal Mikeladze isə Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən müalicəvi istirahət zonaları barədə baş konsulu məlumatlandırıb, bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüş zamanı hər iki ölkədə səhiyyə sahəsində görülən işlərdən, qazanılan uğurlardan, tibb sahəsində qarşılıqlı təcrübə mübadiləsi məsələlərindən söhbət açılıb, tibbi turizmin inkişaf etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.