Gürcüstan Azərbaycan ilə ədliyyə sahəsində əməkdaşlıqda maraqlıdır

Gürcüstan Azərbaycan ilə ədliyyə sahəsində əməkdaşlıqda maraqlıdır
08 2017 10:08

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 7-də bu ölkənin ədliyyə naziri Tea Tsulukiani ilə görüşüb.

Xanım Tea Tsulukiani Azərbaycan səfirini yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nazir yaxın günlərdə Azərbaycana səfər edəcəyini, qarşılıqlı səfərlərin dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini bildirib. T.Tsulukiani Azərbaycana xüsusi hörmət və ehtiramının olduğunu diqqətə çatdırıb, ölkəmizin beynəlxalq təşkilatlarda daim dəstəklənməsində, ədliyyə sahəsində əlaqələrin inkişafı istiqamətində müvafiq işlərin görülməsində, təcrübə mübadiləsinin aparılmasında kömək etməyə hazır olduğunu bildirib.

Dursun Həsənov dövlətlərimiz və xalqlarımız arasında daim inkişaf edən yüksək səviyyəli əlaqələrdən danışıb, dostluğa və qardaşlığa söykənən tarixi bağlılığı olan əlaqələrin bundan sonra daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Görüşdə ölkələrimiz arasında ədliyyə sahəsində əlaqələrin inkişaf perspektivləri, penitensiar, notarial və digər ədliyyə sahələri, eləcə də ədliyyə akademiyaları arasında birbaşa əlaqələrin qurulması imkanlarını, təcrübə mübadilələrinin aparılması, müqavilə-hüquq bazasının zənginləşdirilməsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.