Gündəlik görünüşünüz nələri ifadə edir?

Gündəlik görünüşünüz nələri ifadə edir?
15 2017 10:38

Psixoloqlar insanların istənilən hərəkətlərini elmə görə təhlil edib, mülahizələr irəli sürməyi bacarır. Freyd davamçılarının nəzərindən xanımların üstünlük verdiyi müxtəlif makiyaj tərzləri və istifadə edilən rənglər mövzusu da yayınmadı. Makiyaj üslubları insan xarakteri tək müxtəlifliyi diktə edir. O zaman sizin bu mülahizələrə görə hansı xarakterə malik olduğunuzu özünüz müəyyən edin...


Detalçı. İntensiv oxlar və dodaq boyası.  
Çox güman ki, siz çox səliqəli və tam formalaşmış bir şəxsiyyətsiniz. Siz, hətta ən kiçik detalları belə yaxşı yadda saxlayırsınız: bütün qohumların, dostların və tanışların doğum günlərini, bürcləri, gözlərinin rəngini və məşğuliyyətlərini xatırlayanlardansınız. 


İddialı. İncə tonlarda kirşan, dodaq boyası və xüsusi vurğulanmış qaşlar. 
Bu tip makiyaj edən xanımlar özlərində güc və zərifliyi birləşdirirlər. Parlaq göz makiyaji ilə diqqət çəkmək, öz üstünlüyünü sübut etmək bu qadınlara xas xüsusiyyət deyil. Möcüzələrə inanmayan bu xanımlar məqsədlərinə çatmaq üçün daim çalışır. Bu tip makiyaj özünəgüvən və yaradıcılıq potensialının mövcudluğundan xəbər verir. 


Sirli. Uzun kipriklər və tünd rəngli dodaq boyası.
Sizi qorxutmaq çox qəliz məsələdir. Lazım gəldikdə siz özünüz istənilən vəziyyətdə güclü eqonuzu göstərə bilərsiniz. İnsanlarla müəyyən məsafə saxlamaq tam sizin tərzinizdir. Axı insanları tanımaq üçün sizə vaxt lazımdır! 


Praktik. Neytral tonlarda olan “no make-up” tərzi. 
Siz praktik insansınız və vaxtınızı boş yerə sərf etmək sizə xarakterik deyil. Siz ürəyinizə deyil, daha çox ağlınızı dinləyirsiniz. Ağılsız adamlarla mənasız mübahisələrdən uzaq durub, daha müdrik davranış sizin xas xüsusiyyətdir. 


Məhdudiyyətsiz. “Smoky eyes” və vurğulanmış üz konturu. 
Siz heç vaxt öz emosiyalarınızı gizlətmədən özünüzü ifadə etməyə çalışırsınız. Bu tərz makiyaj sevən xanımlar həmişə göründüyü kimi olub, olduqları kimi görünürlər. Onlar nə səs-küylü qəhqəhəni, dərin mübahisələri, nə də göz yaşlarını gizlətməyi bacarmırlar. İnsanlarla həmişə səmimi olduqları üçün hər kəs tərəfindən sevilirlər. 

28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.