Gülər Əhmədova psixoloqun intiharı haqqında: Hamının sevgiyə ehtiyacı var

Gülər Əhmədova psixoloqun intiharı haqqında: Hamının sevgiyə ehtiyacı var
26 2017 11:06

Keçmiş millət vəkili Gülər Əhmədova intihar edən məşhur psixoloq Dəyanət Rzayev haqda fikirlərini paylaşıb.

REALPRESS.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Rzayevin özünü öldürmək haqda qərarını qınayanlara mesaj verib:

“Yoldaşlar, ay yoldaşlar... Bu gün də hamınız psixoloq olmaq qərarına gəldiniz? Yaxşı elədiniz... Olun. Amma unutmayın ki, heç kim, heç nədən sığortalanmayıb. Gözləmədiyiniz vaxtda özünüz və ya yaxınınız intihar edər, yaxşı düşməz. Dəyanət Rzayev çox savadlı, fundamental təhsilli psixoloq idi. 6 aylıq kurs keçib, psixoloq olmamışdı. Ən gözəl sürücülər qəza törədir. Ən yaxşı müəllimin uşağı avara ola bilir. 

Ən yaxşı kardioloji mərkəz açmış Neftçilər xəstəxanasının baş həkimi ürək qüsurundan həyatını dəyişdi, çünki əməliyyatdan çəkinirdi. Dəyanətin ətrafında olan hər kəs günahkardır, çünki hamı onu daha güclü hesab edirdi. Hamı düşünürdü ki, ona məsləhət vermək olmaz, dərdinə şərik lazım deyil. Çünki o, psixoloqdur. Hamının “Axilles dabanı” var. Hamının qırılma nöqtəsi var. Hamının sevgiyə, mərhəmətə ehtiyacı var. Əzizlərinizi bu gün sevin, bu gün zəng vurun, bu gün axtarın. Dəyanəti rahat buraxın. O, artıq bizlik deyil, yaradanın yanındadır. 

Təklik yalnız Allaha məxsusdur. Yerin cənnət olsun, gözəl insan! Biz hamımız günahkarıq, çünki həssas deyilik, ətrafımızda olanların dərdlərinə şərik ola bilmirik. Hər kəs özünü düşünür. Əgər hər gün bir insanın dərdinə şərik olsaq, dərdlər azalar, intiharlar azalar. Daş qəlbli insanları neylərdin, İlahi?!

Allah ona rəhmət və mərhəmət etsin!”.

Qeyd edək ki, Gülər Əhmədova Psixoterapiya mərkəzində işləmək üçün Dəyanət Rzayev tərəfindən dəvət edilmişdi.


2 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.

2 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

2 İyun 2023
Cəmiyyət

Azərbaycan Gürcüstanla qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib

Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.

2 İyun 2023
Cəmiyyət

Bu günə qədər 128 tərbiyəçi-müəllim bağçaya işə qəbul olunub

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb.