Göyçayda BƏDBƏXT HADİSƏ: Zibillikdən dərman tapıb içdi, öldü

Göyçayda BƏDBƏXT HADİSƏ: Zibillikdən dərman tapıb içdi, öldü
03 Dek 2016 16:56

Göyçayın Ləkçılpaq kənd sakini Ziya İbrahimov Maştağadakı Ruhi-Əsəb Dispanserindən evə dönərkən əlindəki «fenazepam» dərmanını zibil qutusuna atıb («fenazepam» 1974-cü ildən buraxılan psixotrop dərman növüdür. Ensiklopediya məlumatlarına görə, yalnız keçmiş SSRİ-də istifadə edilib – red.). Qızı 7 yaşlı Aysu dərmanı götürərək həblərdən 5-ni özü atıb, birini də kiçik qardaşına verib. Sonradan vəziyyəti ağırlaşan Aysu nə etdiyini babası Faiq İbrahimova söyləyib. Bundan sonra hər iki uşaq rayon xəstəxanasına aparılıb.

Faiq İbrahimovun  dediyinə görə, ilkin tibbi yardımdan sonra qızın vəziyyəti normallaşdığından həkimlərin məsləhəti ilə xəstəxanadan çıxarıb. Amma ertəsi gün səhər uşağın durumu ağırlaşır və huşsuz halda yenidən xəstəxanaya aparılır. Həkimlərin bütün səyləri nəticə vermir və uşaq ölür.

«YARDIM GÖSTƏRİLSƏ DƏ, UŞAQDA İRƏLİLƏYİŞ OLMAYIB»

Aysunun ailə üzvləri belə hesab edirlər ki, həkimlər xəstəni sağalda bilməyəcəklərini əvvəlcədən söyləsəydilər, onlar digər xəstəxanalara üz tutardılar.

Göyçay rayon xəstəxanasının pediatriya şöbəsinin müdiri Rafael Fazilov müsahibəsində bildirib ki, xəstəxanaya gətiriləndə uşağın vəziyyəti ağır olub. Şöbə müdirinin sözlərinə görə, ilk tibbi yardımdan sonra Aysunun səhhəti düzəldiyindən ailəsi və həkim Vüqar Davudovla razılaşmadan və yazılı izahat alınandan sonra uşaq evə buraxılıb:

«Mayın 12-də səhər saatlarında uşaq yenidən xəstəxanaya gətirilib. Bu vaxt vəziyyəti ağır olub. Hər cür yardım göstərilsə də, uşaqda irəliləyiş olmayıb. Vəziyyətinin ağırlığına görə, Bakıya göndərmək də mümkün olmayıb».

Rafael Fazilovun fikrincə, uşaq kəskin dərman zəhərlənməsindən ölüb.

Məsələ Göyçay rayon prokurorluğunda araşdırılır

28 May 2020
Kriminal

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

27 May 2020
Kriminal

Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı araşdırmaya başlayıb

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb. 

16 May 2020
Kriminal

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən “The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.

16 May 2020
Kriminal

DİN: Bərdədə polisə müqavimət göstərən 14 nəfər saxlanılıb

Bu gün Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə toplaşıblar.

15 May 2020
Kriminal

Elçin Quliyevin müavini məhkəmə önünə çıxarıldı

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyev və dörd vəzifəli şəxs hazırda Binəqədi Rayon Məhkəməsindədir.