Görkəmli bəstəkarın mahnıları səsləndirilib

Görkəmli bəstəkarın mahnıları səsləndirilib
06 2017 17:44

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq Artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Brilliant Dadaşova, Ənvər Sadıqov, Əməkdar artistlər Emil Əfrasiyab, Zakir Əliyev, Abbas Bağırov, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova və digər incəsənət ustaları iştirak ediblər.

Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Əməkdar kollektiv Xalq Çalğı Alətləri orkestri, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Tofiq Əhmədov adına Estrada orkestri və “Qaytağı” instrumental ansamblı müşayiət edib.

Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” və s. sevilən mahnıları səsləndirilib.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.