Görkəmli alim Aqil Əliyev Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib

Görkəmli alim Aqil Əliyev Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib
24 Dek 2016 10:53

Naxçıvan Dövlət Universitetində görkəmli alim Aqil Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov elmi-praktik konfransın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il dekabrın 8-də imzaladığı Sərəncama uyğun olaraq keçirildiyini deyib.

Rektor bildirib ki, Aqil Əliyev səmərəli elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatının və təhsilinin inkişafına layiqli töhfələr verib. Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi olan Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Onun tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub.

Vurğulanıb ki, o, məhsuldar elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Alim uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuyub, kafedra müdiri vəzifəsində çalışıb.

Sonra AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Aqil Əliyev görkəmli elm xadimi kimi”, Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsinin dekanı Mehdi Bağırovun “Aqil Əliyev Azərbaycan iqtisad məktəbinin tanınmış simalarından biri kimi”, Naxçıvan Dövlət Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri Ceyhun Mahmudovun “Azərbaycan iqtisad elminin inkişafında Aqil Əliyev töhfələri”, AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun iqtisadiyyat şöbəsinin böyük elmi işçisi Sevinc Cabbarovanın “Aqil Əliyev və məhsuldar qüvvələr nəzəriyyəsi” mövzularında çıxışları olub.

Çıxışlarda qeyd edilib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır. Görkəmli alim Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin roluna və əhəmiyyətinə həsr edilən qiymətli elmi əsərləri ilə iqtisad elmindəki boşluqlar aradan qaldırılıb. O, bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən daha çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib. Görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb. Beləliklə, elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyənləşdirilib. Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə xidmət edir. O, böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də qayğıkeş insan idi.


18 Mar 2025
Cəmiyyət

Şəkidə İlaxır çərşənbə adətləri

Bu gün Azərbaycanda Novruz bayramının dörd çərşənbəsindən sonuncusu - Torpaq çərşənbəsidir.

18 Mar 2025
Cəmiyyət

Sabah Bakıda intensiv yağış yağacaq, güclü külək əsəcək - 19.03.2025

Azərbaycan ərazisində martın 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Mar 2025
Cəmiyyət

Suqovuşanda məscid istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

18 Mar 2025
Cəmiyyət

Şuşada bayram yarmarkası keçirilir (FOTO)

Şuşa sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar. Novruz bayramı münasibətilə Şuşa şəhərindəki “Güllü bağ”da bayram yarmarkası keçirilir.

18 Mar 2025
Cəmiyyət

Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.