Gömrükçülər psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar

Gömrükçülər psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar
07 2017 16:31

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub.

Bu zaman vətəndaşın üzərində qanunla qadağan edilmiş əşyalar aşkar olunmasa da, hərəkətləri şübhə doğurduğu üçün bədən üzvlərinin yoxlanılması məqsədilə tibb işçisi dəvət olunacağı barədə xəbərdar edilib. Lakin həmin şəxs buna ehtiyac olmadığını bildirib və daxili orqanında gizlətdiyi sellofan bükümü çıxararaq gömrük nəzarətinə könüllü təqdim edib. Həmin bükümdə isə 8 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, tədqiqata təqdim olunmuş 8 ədəd həb MDMA (ekstazi) adlı psixotrop maddədir.

MDMA (ekstazi) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir və 8 ədəd həbdə MDMA-nın təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.