Geomaqnit həyəcanlaşması davam edir

Geomaqnit həyəcanlaşması davam edir
05 2017 15:10

Hər zaman sürprizlərlə dolu olan Günəşin səthində bu gün ləkə və fəallıq qrupları müşahidə edilmir, alışma fəallığı sıfır səviyyəsindədir, lakin geomaqnit fəallığı kifayət qədər yüksəkdir. Budəfəki həyəcanlaşmanın (gözlənilən qasırğanın) səbəbi isə Günəş səthində hazırda mövcud olan və uzunsov gölə bənzər “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir (“tac dəlikləri”, demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən, Yerə doğru yönəlir). Təsirlər yanvarın 4-dən başlanıb, yanvarın 5-də və 6-da da hiss olunacaq.

Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini Elçin Babayev bildirib.

E.Babayev qeyd edib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2-dir (maksimum 9 olur). Bu isə zəif həyəcanlaşma deməkdir (dünən Kp indeksi artıq 4-ə çatmışdı). Lakin gün ərzində geomaqnit həyəcanlaşmasının dəyişəcəyi gözlənilir, hətta G1 sinfinə məxsus zəif səviyyəli geomaqnit qasırğası belə proqnozlaşdırılır. Qasırğanın baş verməsi isə fiziki şəraitdən asılı olacaq: planetlərarası maqnit sahəsinin “z komponenti”cənub istiqamətini göstərərsə, həyəcanlaşma daha da güclənəcək. Bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şərait yaranır. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqaməti ilə yanaşı, Günəş plazma küləyinin sürətindən də asılı olacaq (bu sürət artıq 510 km/san-ni keçib).

Gözlənilən qasırğa baş verəcəyi təqdirdə yuxarı en dairələrində (60 dərəcə geomaqnit en dairəsindən qütbə doğru) daha təsirli olacaq, hətta qütb parıltıları (“Aurora Borealis”) müşahidə olunacaq, magistral elektrik verilişi sistemlərinə kiçik fluktuasiyalar şəklində təsirlər gözlənilir. Bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün təsirin orta və ya zəif olması gözlənilir. Atmosfer təzyiqi də hazırda norma ətrafındadır.

Sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, lakin qış risk qrupuna daxil olan insanlar üçün artmış diskomfort yarana bilər, bu, xroniki xəstələr (xüsusilə də, ürək-qan-damar xəstəlikəri olan insanlar), ahıl insanlar və azyaşlılarda özünü bir az qabarıq şəkildə büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik tədbirlərin görülməsi faydalı ola bilər.


30 Noy 2023
Cəmiyyət

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar - SİYAHI

Xankəndidəki Qarabağ Universitetində tədris olunacaq ixtisaslar açıqlanıb.

30 Noy 2023
Cəmiyyət

Ceyhun Bayramov isveçli həmkarı ilə regional məsələləri müzakirə edib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın paytaxtı Skopyedə İsveçin xarici işlər naziri Tobias Billströmlə görüşüb.

30 Noy 2023
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.