Gənclərə “Xilas olunmuş eksponatlar” haqqında məlumat verildi

Gənclərə “Xilas olunmuş eksponatlar” haqqında məlumat verildi
27 Dek 2016 09:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin III seminarı keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə Usubova, Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul, Muzeyin  Şuşa filialının  müdiri Səbinə Əzizova həmçinin Bakı Humanitar Kollecin tələbələri, rayon gəncləri və ASAN könüllüləri iştirak edib.

Tədbiri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə Usubova giriş nitqi ilə açaraq qonaqları salamlayıb. O bildirib ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq,  xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. Natiq qeyd edib ki, xalçalarımızın milli funksiyasını, hər bir elementinin fəlsəfəsini, səmavi mahiyyətini, eyni zamanda irsi daşıyıcımız olduğunu qabartmalı və dünyaya nümayiş etdirməliyik. Naxışlarımızda, ilmələrimizdəki bəzəyi, milli refleksə, genetik kodlarımıza çevirməliyik.

Azərbaycan Xalça Muzeyi Şuşa filialının  müdiri Səbinə Əzizova Qarabağ və Təbriz qrupuna  aid olan xalça və xalça məmulatları” haqqında geniş məruzə ilə çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Həmçinin, "Xilas olunmuş eksponatlar" adlı jurnal da gənclərə təqdim olunub.

Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.