Gənclər təşkilatlarının nümayəndələri Vergilər Nazirliyində seminarda iştirak ediblər

Gənclər təşkilatlarının nümayəndələri Vergilər Nazirliyində seminarda iştirak ediblər
02 2017 10:05

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Vergilər Nazirliyi tərəfindən gənclər təşkilatları üçün məlumatlandırıcı seminar keçirilib. Milli Şuranın proqramı olan “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” çərçivəsində keçirilən seminarda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” mövzusunda məruzə edib.

AZƏRTAC xəbər verir ki, seminar Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbərliyi və maliyyə sahəsində çalışan əməkdaşlarının Vergilər Nazirliyinin ekspertləri tərəfindən məlumatlandırılması, vergilərin tam həcmdə ödənilməsi və hesabatların düzgün şəkildə tərtib edilməsini həyata keçirmək istiqamətində təlimatlandırılması məqsədilə keçirilib.

Seminarda iştirak edən Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzvü olan gənclər təşkilatlarının rəhbər şəxslərinə Vergi Məcəlləsində edilmiş son dəyişikliklər haqqında məlumat verilib. Qeyd olunub ki, Vergi Məcəlləsindəki dəyişikliklər kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılmasını, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlbediciliyinin artırılmasını təşviq edir. Vergi Məcəlləsinə edilmiş 201 dəyişiklik Azərbaycanın gənclər platforması tərəfindən yüksək qiymətləndirilib.

Sonda Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən gənclər təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


2 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 vaksin vurulub.

2 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

2 İyun 2023
Cəmiyyət

Azərbaycan Gürcüstanla qarşılıqlı investisiya qoyuluşunu müzakirə edib

Azərbaycan və Gürcüstan arasında sərmayələrin qarşılıqlı təşviqi imkanları müzakirə edilib.

2 İyun 2023
Cəmiyyət

Bu günə qədər 128 tərbiyəçi-müəllim bağçaya işə qəbul olunub

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin bu günə qədər olan statistik göstəriciləri açıqlanıb.