31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Quba Soyqırımı Memorial Kompleksini hər gün yüzlərlə soydaşımız ziyarət edir.
AZƏRTAC xəbər verir ki, martın 30-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 50-yə yaxın tələbə və fəal gənc ərazidəki kütləvi məzarlığı və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.
Sonra gənclər Qusardakı Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun məzarını ziyarət ediblər. Şəhid əsgərin qəbri üstə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb.
Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 2000-2023-cü illər ərzində 5,6 milyard kubmetr və ya 24 % azalaraq 17,8 milyard kubmetrə düşüb.